Cəmiyyət

Zelenski iki azərbaycanlını 'Şücaətə görə' ordeni ilə təltif edib

1 dəqiqə
Zelenski iki azərbaycanlını 'Şücaətə görə' ordeni ilə təltif edib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibədə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb. Onlar arasında iki etnik azərbaycanlı da var.

Ukrayna prezidentinin ofisinin məlumatına görə, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Əbülqafarov "Şücaətə görə" ordeninə layiq görülüb.

Hər iki hərbçi serjant rütbəsinə malikdir.

Ukrayna vətəndaşları olan R.Əliyev əslən Azərbaycanın Samux, M.Abdulqafarov isə Quba rayonundandır. Onlar Donbas istiqamətində xidmət edirlər, R.Əliyev hazırda yaralıdır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun