Cəmiyyət

Zelenski Azərbaycan əsilli hərbçiyə “Ukrayna Qəhrəmanı” adı verib

1 dəqiqə
Zelenski Azərbaycan əsilli hərbçiyə “Ukrayna Qəhrəmanı” adı verib

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan əsilli ukraynalı baş leytenanta fəxri ad verib.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “Facebook” hesabında paylaşım edib.

“Ukrayna Prezidenti Volodimir Zelenski 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli ukraynalı, baş leytenant Kirill Ağasıyev Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adını verib”, - deyə diplomat qeyd edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun