Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Azərbaycanın gömrük keçid məntəqələrində Ukraynadan olan qaçqınlara ögəy münasibət olması ilə bağlı bəyanat yayıb.
Bəyanatda hökumətə çağırış edilib ki, bu istiqamətdə addımlar atılsın. Bəyanatı olduğu kimi təqdim edirik:
Rusiyanın hərbi cinayətlərindən xilas olmaq üçün başqa ölkələrə üz tutan Ukrayna vətəndaşları arasında soydaşlarımız da var. Onların bəziləri müharibə başa çatana qədər ana vətənlərinə üz tutublar.
Təəssüf ki, Azərbaycan gömrük keçid məntəqələrində Ukraynadan olan qaçqınlara ögey münasibət göstərilir, onların avtomobilləri müxtəlif bəhanələrlə ölkəyə buraxılmır. Azərbaycan hökumətinin, konkret Dövlət Gömrük Komitəsinin bu hərəkəti Qaçqınların statusu haqqında Konvensiyanın 8, 13 və 17-ci maddələrinin kobud şəkildə pozulmasıdır. DGK-nin belə davranışı beynəlxalq öhdəliyin pozulmasıdır və məsuliyyət yaradır.
