Cəmiyyət

İctimai fəallar və jurnalistlər 14 maya yürüş təyin ediblər

2 dəqiqə
İctimai fəallar və jurnalistlər 14 maya yürüş təyin ediblər
İctimai fəallar və jurnalistlər son vaxtlar ölkədə baş verən təhdid, qaçırılma və işgəncə hallarına etiraz olaraq yürüş keçirəcəklər. 

Bu barədə yürüşün təşkilat komitəsinin yaydığı məlumatda qeyd olunub.

Məlumatı olduğu kimi təqdim edirik:

Biz, ictimai-siyasi fəallar, jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri son zamanlar Azərbaycanda tanınmış ictimai-siyasi şəxslərə qarşı törədilmiş cinayətlərə, artan zorakılığa və cəzasızlığa etiraz edirik.




Tofiq Yaqublunun polis bölməsindən çıxarılaraq vəhşicəsinə döyülməsi, jurnalist Əvəz Hafizlinin xüsusi amansızlıqla qətlə yetirilməsi, Bəxtiyar Hacıyevin oğurlanaraq insan ləyaqətini alçaldan rəftara məruz qalması, nəhayət, jurnalist Aytən Məmmədovanın soyuq silahla özünün və azyaşlı övladının ölümlə hədələnməsi və digər bir çox fəal şəxslərə qarşı ictimailəşməmiş təhdidlərin olması, hüquq-mühafizə orqanlarının bu cinayətləri araşdırmaması onu göstərir ki, bu cinayətlər sistemli xarakter daşıyır.




Hesab edirik ki, bu cinayətlər son deyil və cəmiyyət olaraq etiraz etməsək daha ağır cinayətlər, o cümlədən, siyasi qətllər baş verəcək. Biz bu qorxunc hadisələr zəncirini dayandırmaq tələbi ilə 14 may, 2022-ci il tarixində, saat 15:00-da Fəvvarələr Meydanından başlayaraq Daxili İşlər Nazirliyinin qarşısına doğru dinc etiraz yürüşü təyin edirik.




Təşkilat Komitəsinin siyahısı:




1) Bəxtiyar Hacıyev

2) Ülvi Həsənli

3) Mehman Hüseynov

4) İlkin Rüstəmzadə

5) Zaur Əkbər

6) Rüfət Səfərov

7) Əhməd Məmmədli

8. Əziz Məmiyev

9) Rüstəm İsmayılbəyli

10) Tofiq Yaqublu

11) Nərmin Şahmarzadə

12) Ruslan İzzətli

13) Gülnara Mehdiyeva

14) Fuad Əhmədli

15) Fatimə Mövlamlı

16) Fikrət Cəfərli

17) Rəbiyyə Məmmədova

18) Qiyas İbrahim

19) Nemət Kərimli

20) Səxavət Soltanlı

21) Elmir Abbasov

22) Sənübər Heydərova

23) Fərid İmanov

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun