Yeddi Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

Yeddi Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib
1 Aprel 2022
Mətni dəyiş

2022-ci ilin 31 mart tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 7 nəfərin repatriasiyası həyata keçirilib.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra əldə olunmuş razılıq əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.

Bununla bağlı İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam edilib. Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib.

Bundan sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilmişdir. 2022-ci ilin 31 mart tarixində Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun