MN: 'Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub'

MN: 'Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub'
7 Aprel 2022
Mətni dəyiş

Ermənistan-Azərbaycan sərhədində atəşkəs yenidən pozulub. Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. 

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-sı axşam saatlarında dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyi qeyd edib ki, Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Martın 6-da Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdə sülh sazişinin hazırlanması ilə bağlı qərar qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun