Cəmiyyət

Güləş üzrə üçqat dünya çempionuna vaxtından əvvəl kapitan rütbəsi verilib

1 dəqiqə
Güləş üzrə üçqat dünya çempionuna vaxtından əvvəl kapitan rütbəsi verilib

Azərbaycanın üçqat dünya və üçqat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu barədə müvafiq əmr imzalayıb.

Bundan əlavə, DSX rəisinin digər əmri ilə Firdovsi Umudova polkovnik rütbəsi verilib.

Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc, Tokio-2020 olimpiadasının gümüş mükafatçısıdır.

General-polkovnik Elçin Quliyev bur qrup idmançını təltif edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun