Azərbaycan Güləş Federasiyasında baş katib təyinatı olub.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifə Nəsimi Musayevə tapşırılıb. O, yeni vəzifədə Orxan Məmmədovu əvəzləyib.
Nəsimi Musayev son 4 ildə Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsində çalışıb.
Güləş idman növünün inkişafındakı xidmətlərinə görə, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" ilə təltif olunan idman ustası, əməkdar məşqçi Orxan Məmmədov 2018-ci ildən Azərbaycan Güləş Federasiyasının Baş katibi idi.
