Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən azad edilir

Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən azad edilir
11 Aprel 2022
Mətni dəyiş
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib. Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar iclasında müzakirə üçün tövsiyyə edib. Taleh Tahir oğlu Kazımov "PAŞA Bank" ASC-nin İdarə heyətinin sədri, Baş icraçı direktor vəzifəsini icra edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun