“Bakıda yol vermədiyi üçün motosiklet sürücüsünə güc tətbiq edən Sultan Dadaşovun saxlanılması barədə heç bir məlumat yoxdur”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.
O qeyd edib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.
