Azərbaycanlı qrossmeyster rusiyalı prezidentə etiraz olaraq FİDE turnirlərindən imtina etdi

Azərbaycanlı qrossmeyster rusiyalı prezidentə etiraz olaraq FİDE turnirlərindən imtina etdi
7 Aprel 2022
Mətni dəyiş

Azərbaycan şahmatçısı Rauf Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində oynamaqdan imtina edib. Qrossmeyster bu barədə 'Facebook' hesabında məlumat yayıb.

"Nə qədər ki, FIDE prezidenti Rusiyapərəstdir, müharibə gedənədək bu qurumun turnirlərində oynamayacağıma söz verirəm. Yaşasın Ukrayna", - deyə Məmmədov yazıb.

34 yaşlı qrossmeyster bundan əvvəl də müharibənin gedişində bu istiqamətdə fikirlər səsləndirib. Məmmədov rusiyalı həmkarı Sergey Karyakin müharibəni dəstəklədiyi üçün sərt tənqid edib.

"Çox təəssüf ki, təlxəklik edib öz slavyan qardaşlarınızın ölümünü dəstəkləyirsən. Neçə gündür həmkarlarımız bomba sığınacaqlarında olarkən sən təhqiredici yazılar yazırsan".

Azərbaycanlı qrossmeyster deyib ki, bir çox şahmatçılar, yoldaşları Ukraynada evsiz qalıb.

"İndi sənə yazığım gəlir. Eləcə də ruslara müraciət etmək istəyirəm. Bilirəm ki, aramızda adekvat olanlar çoxdur və bu soyqırımı və terrorizmi dayandıra bilərlər. Çölə çıxın, xəstə babanı sakitləşdirin. Eşq olsun Ukraynaya!"

Üç qat Azərbaycan Şahmat Çempionatının qalibi Rauf Məmmədovun həyat yoldaşı Natalya Buksa ukraynalıdır. FIDE prezidenti isə rusiyalı Arkadi Dvorkoviçdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun