Cəmiyyət

Ata Abdullayev kassasiya şikayəti verib

1 dəqiqə
Ata Abdullayev kassasiya şikayəti verib

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev barəsində olan hökmdən kassasiya şikayəti verib. Bu barədə vəkili Telman Abdıyev bildirib.

O deyib ki, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.

Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq. A.Abdullayev 2021-ci ilin martında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun