Apellyasiya Məhkəməsi gecə klubunda partlayışa görə həbs edilən Rəsul Rəsulovu həbsdə saxlayıb

Apellyasiya Məhkəməsi gecə klubunda partlayışa görə həbs edilən Rəsul Rəsulovu həbsdə saxlayıb
7 Aprel 2022
Mətni dəyiş

Bakıda gecə klubunda partlayışa görə həbs edilən Rəsul Rəsulovun apellyasiya şikayətinə baxılıb.

Bu barədə onun vəkili məlumat verib. Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində Rəsul Rəsulovun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Rəsul Rəsulov yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyib.

Rəsul Rəsulovla yanaşı “Merser food” MMC-nin təsisçisi, klubun meneceri Orxan Səfərov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov saxlanılıb. Binəqədi rayon Məhkəməsinin qərarı ilə hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun