Xarkovdakı azərbaycanlılar konsulluğun yalan danışdığını və onlara təxliyyə üçün heç bir şəraitin yaradılmadığını deyirlər

Xarkovdakı azərbaycanlılar konsulluğun yalan danışdığını və onlara təxliyyə üçün heç bir şəraitin yaradılmadığını deyirlər
1 Mart 2022
Mətni dəyiş
“Martın 1-də 500 nəfər azərbaycanlı Ukraynanın Xarkov şəhərindən Lvova yola salınıb. Onların Lvovdan Ukrayna-Polşa sərhəddini keçmələrinə kömək göstəriləcək”. Azərbaycanın fəxri konsulluğunun məlumatında belə deyilir. Bildirilir ki, Xarkov Cənub Dəmir Yolu İdarəsi və Xarkov Dəmir Yolu Vağzalı ilə aparılan danışıqlar əsasında bu yerlərdə Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün şərait yaradılıb: “Xarkov şəhərini tərk etmək istəyən azərbaycanlılardan Dəmir Yolu Vağzalının növbətçi hissəsi və Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur“. Azərbaycan vətəndaşları xüsusi hallarla bağlı Xarkov şəhərindəki fəxri konsulluq ilə əlaqə saxlaya bilər: Telefon nömrələri: (+38057) 7000531 (+380) 57 700 05 31, (+380)63 047 05 50 E-poçt ünvanı: [email protected] Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də martın 1-də Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan, səfərdə olan Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə insanlardan hərbi qüvvələrin cəmləşdiyi və hərbi obyektlərin yerləşdiyi ərazilərdən uzaq olmaları tövsiyə edilir. XİN bildirir ki, ehtiyac olmadığı təqdirdə evdə qalmaq lazımdır: “Güvənli yerlərdə qalın və səyahətlərdən çəkinin. Ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları isə Ukrayna ərazisini Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan və Rumıniya istiqamətlərində tərk edə bilərlər. Həmçinin, vətəndaşlarımızın Rumıniya ərazisindən tranzit olaraq Bolqarıstan Respublikası ərazisi vasitəsilə Türkiyə Respublikasına, oradan isə Azərbaycana qayıtmağı seçmələri də mümkündür“. Yaranmış suallarla bağlı zəruri məlumatın verilməsi üçün Xarici İşlər Nazirliyi ilə aşağıdakı əlaqə vasitələri ilə əlaqə saxlanıla bilər: Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin qaynar xətləri: Telefon: +994505748595 +994506725868 +994125969422 +994125969301 Elektron poçt: [email protected] Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi (Kiyev şəhəri): Telefon: +380 73 5050000 Elektron poçt: [email protected] Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulluğu: Telefon: (+38057) 7000531 Elektron poçt: [email protected] Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi: Telefon: +373 781 81 361, +373 789 91 849, +373 222 32 277 Elektron poçt: [email protected] Azərbaycan Respublikasının Polşadakı Səfirliyi: Telefon: +48 576 900 183, +48 22 718 30 70 Elektron poçt: [email protected] Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi: Telefon: +36300901033 (telefonla zənglər üçün), +994552999012 (WhatsApp vasitəsilə zənglər üçün) Elektron poçt: [email protected] Azərbaycan Respublikasının Slovakiyada akkreditə olunmuş Səfirliyi: Telefon: +43 676 844 509 733 Elektron poçt: [email protected] Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi: Telefon: +407 487 77744, +407 409 90079 Elektron poçt: [email protected] Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi: Telefon: +359895002732 Elektron poçt: [email protected] Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi (Ankara şəhəri): Telefon: +905550310007 Elektron poçt: [email protected] Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğu Telefon: +905441040111 Elektron poçt: [email protected] Hazırda Xarkovun Dəmiryol vağzalında olan azərbaycanlılar isə sosial şəbəkələrdə paylaşım edərək bildirirlər ki, burada onlar üçün hər hansı şərait yaradılmayıb. Onların sözlərinə görə, deyilənlərin hamısı yalandır: “Bizə söz verilmişdi ki, azərbaycanlılar üçün vaqon ayrılacaq, onların təxliyəsi həyata keçiriləcək. Biz də yığışıb gəlmişik, heç nə yoxdur. Səfirliyə zəng edirik, konsulluğa zəng edirik, heç birindən cavab gəlmir. Hər yerə zəng etmişik, hətta registrasiyadan da keçmişik. Buradakı polislər bildirirlər ki, sizə heç bir yer ayrılmayıb. Hamı necə, siz də elə”. Şikayətçilər bildirirlər ki, hazırda vağzalın yaxınlıqlarına bombalar yağır, bina silkələnir: “Konsulluq, səfirlik hər yerdə danışır ki, insanlara kömək edilir. Yalan danışırlar, hər hansı kömək yoxdur. İnsanlar öz imkanları daxilində Lvova gedir, oradan isə 20 kilometrlik yolu çətinliklə, qaça-qaça Polşa sərhəddinədək piyada qət edirlər. Heç bir köməkdən söhbət gedə bilməz”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun