Cəmiyyət

Naxçıvanda məktəb çöküb, ölənlər və yarananlar var

1 dəqiqə
Naxçıvanda məktəb çöküb, ölənlər və yarananlar var

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.

Hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.

Hadisə nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

Naxçıvan MR Xəstəxanasının qəbul şöbəsindən bildirilib ki, xəstəxanaya 3 nəfərin meyiti və bir yaralı gətirilib.

Yaralı reanimasiyaya yerləşdirilib.

Qeyd edilib ki, ölənlər məktəbin inşaatında çalışanlardır.

Təhsil Nazirliyi məsələ ilə bağlı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.

"Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər. Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - qeyd edilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun