Cəmiyyət

Müdafiə Nazirliyinin daha bir sabiq əməkdaşı saxlanılıb

1 dəqiqə
Müdafiə Nazirliyinin daha bir sabiq əməkdaşı saxlanılıb

Müdafiə Nazirliyinin (MN) daha bir sabiq idarə rəisi saxlanılıb.

MN-in Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində saxlanılıb.

O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Fikrət Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib.

Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində baş verən mənimsəmə faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir.

Bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və bəzi vəzifəli şəxslər həbs edilib.




Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun