Müdafiə Nazirliyinin daha bir sabiq əməkdaşı saxlanılıb

Müdafiə Nazirliyinin daha bir sabiq əməkdaşı saxlanılıb
10 Mart 2022
Mətni dəyiş
Müdafiə Nazirliyinin (MN) daha bir sabiq idarə rəisi saxlanılıb. MN-in Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində saxlanılıb. O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Fikrət Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib. Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində baş verən mənimsəmə faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir. Bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və bəzi vəzifəli şəxslər həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun