38 mühacir Almaniyadan Azərbaycana qaytarılıb

38 mühacir Almaniyadan Azərbaycana qaytarılıb
30 Mart 2022
Mətni dəyiş
Martın 29-da 38 nəfər Azərbaycan vətəndaşı Almaniya Federativ Respublikasından öz ölkəsinə geri qaytarılıb. Bu barədə martın 30-da Azərbaycan Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Məlumatda bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişlə izah edilir: "Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib". Geri qaytarılan şəxslərin kimliyi açıqlanmır. Son illər Almaniyada icazəsiz yaşayan yüzlərlə Azərbaycan vətəndaşı öz ölkələrinə gətirilib. Son vaxtlar sosial şəbəkələrdə və bəzi media orqanlarında ölkəyə xaricdən bu qaydada gətirilən vətəndaşlardan bəzilərinin sorğu-sual edilmələri və təzyiqlərlə üzləşməsi haqqında müəyyən iddialar yer alır. Amma rəsmi qurumlar belə iddiaları qəbul etmirlər. Amma bununla belə təkcə son bir ildə Almaniyadan qaytarılan mühacirlərdən dördü narkotik ittihamı ilə həbs edilib. Onların yaxınları həmin şəxslərin məhz siyasi sifarişlə şərləndiyini açıqlayıblar. Rəsmilər isə ölkədə siyasi həbslərin olmadığını deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun