20-yə qədər AXCP üzvünün saxlandığı deyilir

20-yə qədər AXCP üzvünün saxlandığı deyilir
7 Mart 2022
Mətni dəyiş
Martın 6-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 20-yə qədər üzvünü polisin saxladığı bildirilir. AXCP-dən verilən məlumata görə, onlar Suraxanı rayonu ərazisində yerləşən kafelərin birində olublar. Partiyadan orada yığışmalarını qərargahlarının olmaması ilə izah ediblər: "Birdən polis əməkdaşları kafeyə girib və fiziki təzyiq göstərərək onları saxlayıb. Daha sonra üzvlərimiz polis bölməsinə aparılıb. Orada barələrində protokol tərtib edilib və saxlanılanların hər biri karantin rejimi qaydalarının pozulması bəhanəsi ilə cərimələnib. Cərimə məbləği deyilməyib. Daha sonra AXCP üzvləri sərbəst buraxılıb". (Koronavirus pandemiyasi ilə bağlı 2020-ci ilin martından Azərbaycanda karantin rejimi hökm sürür-red.) AXCP-dən üzvlərinin həqiqətdə karantin qaydalarını pozmadıqları vurğulanıb. Bütün bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Müxalifətdə olan AXCP-nin hazırda beşə qədər fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiya onların siyasi sifarişlə şərləndiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi sifarişlə həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun