Ukrayna Daxili İşlər Nazirliyi Xarkovun rus Qradlarından atəşə tutulması barədə məlumat yayıb

Ukrayna Daxili İşlər Nazirliyi Xarkovun rus Qradlarından atəşə tutulması barədə məlumat yayıb
28 Fevral 2022
Mətni dəyiş
Fevralın 28-də günorta saatlarında Xarkovun bir neçə rayonu kütləvi raket hücumlarına məruz qalıb. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Facebook səhifəsində məlumat verib. O bildirib ki, şəhəri Rusiyanın “Qrad” reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutması nəticəsində onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb. Xarkovun atəşə tutulmasının videosunu da UNIAN yayıb. “Ukrainska Pravda”nın məlumatına görə, bir milyondan çox insanın yaşadığı Alekseevka, Saltovka, Pavlopol mikrorayonlarında atəş açılıb. “Qorxuludur, sadəcə olaraq evləri artilleriya ilə vururlar. Hələlik itkiləri hesablamaq mümkün deyil. Ola bilsin ki, hücum daha da irəli gedəcək”, – Xarkov vilayəti administrasiyasının sədr müavini Roman Semenuxa nəşrə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun