Cəmiyyət

Müğənni Manaf Ağayevə 15 sutka həbs cəzası verilib - [Yenilənib]

1 dəqiqə
Müğənni Manaf Ağayevə 15 sutka həbs cəzası verilib - [Yenilənib]

Müğənni Manaf Ağayev və iş adamı Sənan Hüseynov həbs olunublar. 

Bu barədə məhkəmə qərar çıxarıb. Belə ki, hər iki şəxs icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər ediblər.

Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

*****

Daxili İşlər Nazirliyi müğənni Manaf Ağayevin saxlanılması ilə bağlı məlumat yayıb. 


Nazirliyin məlumatında qeyd olunub ki, sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb. Görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib:


“Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar.


Bununla bağlı onların izahatları alınıb. Onlar saxlanılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun