Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib.
Ümumi yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunub.
Yığıncaqda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hazırkı prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub.
Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazıb.
İclasın sonunda AMEA prezidenti vəzifəsini icra edən müəyyənləşdirilib.
AMEA-nın Ümumi yığıncağında qəbul edilən qərara əsasən, AMEA-nın prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Akademiyanın birinci vitse-prezidenti Arif Həşimova həvalə olunub.
