Cəmiyyət

Təhsil naziri: "Rus bölməsi üzrə siniflərin bağlanması məsələsi müzakirə mövzusu deyil"

1 dəqiqə
Təhsil naziri: "Rus bölməsi üzrə siniflərin bağlanması məsələsi müzakirə mövzusu deyil"

Təhsil naziri Emin Əmrullayev Azərbaycanda rus bölməsi üzrə siniflərin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bu barədə nazir AzTV-də yayımlanan “Hədəf” proqramında bildirib.

Onun sözlərinə görə, ölkəmizdə rus bölməsi üzrə siniflərin bağlanması məsələsi müzakirə mövzusu deyil:

“Hazırda ölkəmizdə tədrisi başqa dillərdə aparılan məktəblərin I siniflərinə şagird qəbulu prosesi davam etdirilir”.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun