Cəmiyyət

Daha bir Qarabağ müharibəsi iştirakçısı intihar edib

1 dəqiqə
Daha bir Qarabağ müharibəsi iştirakçısı intihar edib

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.

“Kriminalqafqaz”ın məlumatına görə, rayonun Yasaboba kənd sakini, 2000-ci il təvəllüdlü Gümrah Səfərquliyev Seyidli kəndində yerləşən “Flaqman” istirahət mərkəzində intihar edib. O, istirahət mərkəzinin həyətindəki ağacdan özünü asıb.

G.Səfərquliyevin meyiti dünən saat 10 radələrində aşkar edilib və hüquq-mühafizə orqanlarına məlumat verilib.

İntihar edən gənc Vətən müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun