“Zaminbank”ın 14 il azadlıqdan məhrum edilən sabiq rəhbərinə qarşı yeni ittiham irəli sürülüb

“Zaminbank”ın 14 il azadlıqdan məhrum edilən sabiq rəhbərinə qarşı yeni ittiham irəli sürülüb
15 Fevral 2022
Mətni dəyiş
“Zaminbank” ASC-nin Müşahidə Şurasının həbsdə olan sabiq sədri Nadir İsmayılov yenidən məhkəməyə verilib. Onunla bağlı şikayətə Səbail Rayon Məhkəməsində baxılacaq. Məlumata görə, şikayət kredit müqaviləsi öhdəliklərinin pozulması ilə bağlıdır. Nadir İsmayılov Bakı Ağır Cinayətlər Məhkəməsinin fevralın 4-də çıxardığı hökmə əsasən, 14 il müddətinə azadlıqdan məhrum olunub. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun