Yolu bağlayaraq etiraz aksiyası keçirən TIR sürücülərinə 30 sutka həbs cəzası verilib

Yolu bağlayaraq etiraz aksiyası keçirən TIR sürücülərinə 30 sutka həbs cəzası verilib
18 Fevral 2022
Mətni dəyiş
Fevralın 17-də Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan TIR sürücüləri bu gün Nərimanov Rayon Məhkəməsində hakim qarşısına çıxıblar. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər inzibati qaydada həbs ediliblər. Belə ki, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər. Hər iki sürücü inzibati qaydada 30 sutka həbs olunublar. Digər sürücü Bəxtiyar Nuriyev səhhətindəki problemlərə görə, məhkəmə zalından sərbəst buraxılıb. Məhkəmə qapalı şəkildə keçirilib, jurnalistlər məhkəmə zalına buraxılmayıblar. Fevralın 17-də gecə saatlarında dörd yük maşınının sürücüsü Bakıda etiraz aksiyası keçirib. Onlar öz maşınları ilə Heydər Əliyev prospektində avtomobillərin hərəkətini qismən bağlayıblar. TIR-lardan birinin üzərinə “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!” sözləri yazılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun