Rövnəq Abdullayev "SOCAR"ın prezidenti vəzifəsindən azad edilib

Rövnəq Abdullayev "SOCAR"ın prezidenti vəzifəsindən azad edilib
10 Fevral 2022
Mətni dəyiş
Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bildirilir ki, Rövnəq Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib. R.Abdullayevin yerinə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib. Prezidentin digər Sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib. Rövşən Nəcəf eyni zamanda Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvləri sırasından çıxarılıb. Eyni zamanda, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bir deyil, artıq iki birinci vitse-prezidenti olacaq. Şirkətin fəaliyyətinə cari rəhbərliyi Şirkətin İdarə Heyəti həyata keçirir. Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 15 üzvdən – Şirkətin prezidentindən, Şirkətin iki birinci vitse-prezidentindən və 12 (on iki) vitse-prezidentdən ibarətdir. Bu Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun