Məhkəmə “Kontakt Home”-un etiraz aksiyasında iştiraka görə işdən çıxardığı fəalın lehinə qərar verib

Məhkəmə “Kontakt Home”-un etiraz aksiyasında iştiraka görə işdən çıxardığı fəalın lehinə qərar verib
17 Fevral 2022
Mətni dəyiş
Avqustun 6-da Xəzər Rayon Polis İdarəsinin binası qarşısında məişət zəminində qadınların öldürülməsinə qarşı etiraz aksiyasında iştirak etdiyinə görə “Kontakt Home” elektron və məişət texnikası mağazalar şəbəkəsindən işdən çıxarılan ictimai fəal Emin Xəlilov hüquqlarının bərpa edilməsi üçün vəkili Zibeydə Sadıqova ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdi. Fevralın 17-də baş tutan məhkəmə fəalın lehinə qərar qəbul edib. O, məhkəmə qərarı ilə işinə bərpa ediləcək və işdən kənarlaşdırıldığı ayların pulu ona geri ödəniləcək. İctimai fəal Emin Xəlilov bildirmişdi ki, onu 10 ay işlədiyi  şirkətdən işdən çıxması barədə ərizə yazmağa məcbur ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun