Dəstəkçi platforması fəaliyyətə başlayıb

Dəstəkçi platforması fəaliyyətə başlayıb
18 Fevral 2022
Mətni dəyiş
Azərbaycanda öz sahəsində bir ilkə imza ataraq ideya, layihə və təşəbbüslərin sadəcə beyinlərdə yox, həmçinin reallaşdırılmasında gərəkli olan dörd resursu (fiziki, xidməti, insan, maliyyə) asanlıqla və rahat şəkildə əldə etməyə imkan verən Dəstəkçi platforması fəaliyyətə başlayıb. Dəstəkçi platforması resurslara ehtiyacı olan və cəmiyyətə faydalı təşəbbüsə sahib şəxs, təşkilat, sosial sahibkarlıq layihələri  və təşəbbüs qruplarını və onların bu ehtiyaclarını qarşılayacaq  dəstəkçiləri( fiziki şəxslər, şirkətlər, təşkilatlar) onlayn platforma vasitəsilə  bir araya gətirən sosial sahibkarlıq  layihəsidir.   Platforma öz layihəsinə resurs tapmaqda çətinlik çəkən sosial sahibkarlıq layihələri, sosial təşkilatlar, fərdi şəxslər və təşəbbüs qrupları üçün daha asan və axtardırdığı resursları bir yerdən, rahat şəkildə əldə etməyə kömək edir. Dəstəkçi platforması şirkətləri müxtəlif təşəbbüs qrupları, sosial sahibkarlıq layihələri və QHT-lərlə əlaqələndirərək qurumlarla vətəndaş cəmiyyəti arasında münasibətlərin daha da gücləndirilməsi və KSM fəaliyyətlərinin effektivliyini artırmağı hədəfləyir.   Dəstəkçi layihəsinin əsas məqsədi insanları bir-birinə yardım etməyə təşviq etmək, cəmiyyətdə dəstək mədəniyyətini inkişaf etdirmək, sosial sahibkarlıq layihələri, fərdi şəxs və təşəbbüs qruplarının cəmiyyətdə sosial təsirinin genişləndirilməsində onlara dəstək olmaqdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun