Bloger Əvəz Hafizli qətlə yetirilib

Bloger Əvəz Hafizli qətlə yetirilib
22 Fevral 2022
Mətni dəyiş
Bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində bloger Əvəz Hafizli (Əvəz Şıxməmmədov) əmisi oğlu 24 yaşlı Əmrulla Güləliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Rəsmi açıqlamada deyilir ki, ilkin araşdırmalarla Ə.Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. “Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb. Ə.Güləliyev tutularaq istintaqa təhvil verilib. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir. Əvəz Hafizli LGBT fərdlərinin müdafiəsi ilə bağlı aksiyalarda fəal iştirak edirdi. Dostları onun LGBT fərdi olması səbəbindən qətlə yetirildiyini deyirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun