AMEA prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Arif Həşimova həvalə olunub

AMEA prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Arif Həşimova həvalə olunub
19 Fevral 2022
Mətni dəyiş
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunub. Yığıncaqda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hazırkı prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub. Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazıb. İclasın sonunda AMEA prezidenti vəzifəsini icra edən müəyyənləşdirilib. AMEA-nın Ümumi yığıncağında qəbul edilən qərara əsasən, AMEA-nın prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Akademiyanın birinci vitse-prezidenti Arif Həşimova həvalə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun