Koronavirusa qarşı hazırlanmış yeni dərman virusun təsirini 5 gündə yüngülləşdirir

Koronavirusa qarşı hazırlanmış yeni dərman virusun təsirini 5 gündə yüngülləşdirir
8 Mart 2021
Mətni dəyiş
Alman "Merck" əczaçılıq şirkəti və Amerika labaratoriyalarının birgə işi nəticəsində koronavirusla mübarizədə müsbət nəticələr verən yeni bir preparat kəşf olunub. Preparatın müəlliflərinin dediyinə görə o xəstələrdə virusun sağlamlığa yaratdığı yükü nisbətən aşağı salır. "İndi COVİD-19 virusuna qarşı dərmanların əksəriyyətinin ümüdləri doğrultmamasına baxmayaraq biz bu yeni dərmana ümüd bəsləyirik" - deyə Amerikada fəaliyyət göstərən "Ridgeback Biotherapeutics" tibb şirkətinin direktoru Venti Payter bildirib. Yanvar ayında "Merck" şirkəti koronavirusa qarşı iki peyvəndin üzərində işləməyə başlamışdı, ancaq bununla bərabər xəstəliyi sağaltmaq üçün də iki dərmanla bağlı tədqiqatlar apardığını bəyan etmişdi. Dərmanlardan biri amerikan "Ridgeback Biotherapeutics" tibbi şirkəti ilə birlikdə hazırlanan molnupiravir adlanır. Bu dərman müalicəyə başlanılandan sonrakı 5 gün ərzində orqanizmə virusun mənfi təsirini xeyli dərəcədə yüngülləşdirir. Dərmanın sınağının ikinci fazası koronavirusdan əziyyət çəkən 202 nəfər xəstə üzərində aparılıb. Xəstələrin 4 nəfəri özünü pis hiss edib, amma bunların heç birinin həmin dərmanı qəbul etməklə əlaqəsi olmadığı təsdiqlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun