Twitter şəxsin razılığı olmadan şəkillərinin və videolarının paylaşılmasını qadağan edir

Twitter şəxsin razılığı olmadan şəkillərinin və videolarının paylaşılmasını qadağan edir
2 Dekabr 2021
Mətni dəyiş

Sosial media platforması olan Twitter şəxslərin icazəsi olmadan onların şəkillərinin və videolarının paylaşılmasını qadağan edib. Şirkət bununla bərabər, "ictimai maraq" üçün istifadəçilərə imtiyazların verilə biləcəyini də açıqlayıb. 

Bununla da insanların onları ehtiva edən məlumatların, şəkillərin və ya videoların silinməsini tələb etməyə imkan verən yeni proqram istifadəyə verilib.

Şirkət yeni tənzimləmənin köməyi ilə twitterdən istifadə edən şəxslərin təqib olunmasının, qorxudulmasının və ifşa ilə şantaj olunmasının əngəllənəcəyini bildirib.

Ancaq özəl məlumatları əhaTə edən mövcud qanunu genişləndirən twitter bununla da təqib və şəxsi həyat hüququnun pozuntusunun qarşısını almağı hədəfləyir.

"Fotolar və videolar kimi şəxsi media məzmunu insanın fərdi məxfiliyini poza, emosional və ya fiziki zərər verə bilər. Şəxsi media məzmunundan sui-istifadə hər kəsə təsir edir, lakin qadınlar, fəallar, dissidentlər və azlıq icmalarının üzvləri daha çox təsir görürlər", - deyə şirkətin açıqlamasında qeyd olunub.

Bundan əlavə, yeni tətbiq “ictimai maraq” üçün yazılan postlara imtiyazlar verəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun