İlon Mask "Twitter"in səhmlərinin bir hissəsini alıb

İlon Mask "Twitter"in səhmlərinin bir hissəsini alıb
5 Aprel 2022
Mətni dəyiş

“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask sosial şəbəkə platforması "Twitter"dən 9,2 faizlik hissə alıb. 

Bu qərardan sonra Twitter səhmləri sessiya öncəsi ticarətdə 26% artıb. "Twitter"dən aktiv şəkildə istifadə edən Maskın platformada 80 milyondan çox izləyicisi var. Ancaq Mask ötən ay yeni sosial şəbəkə yarada biləcəyinə dair da fikirlər səsləndirib. İlon Mask "Twitter"-in siyasətini tənqid edərək, platformanın ifadə azadlığı prinsiplərini qoruya bilmədiyini, demokratiyaya zərər verdiyini iddia edib. Mask "Twitter"də sorğu keçirərək sosial şəbəkənin ifadə azadlığı hüqüquna hörmət edib-etmədiyinə dair izləyicilərinə sual verib. Sorğuda iştirak edənlərin 80 faizi "yox" cavabı veriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun