İlon Mask "Twitter"in İdarə Heyətində olmaqdan imtina edib

İlon Mask "Twitter"in İdarə Heyətində olmaqdan imtina edib
11 Aprel 2022
Mətni dəyiş

Amerikalı milyarder, 'SpaceX' və Tesla şirkətlərinin qurucusu İlon Mask 'Twitter'in İdarə Heyətində olmaqdan imtina edib. 

Bu barədə şirkət məlumat yayıb. Məlumatda qeyd olunub ki, 9 apreldə "Twitter"in idarə heyətinə daxil olan İlon Mask elə həmin günün səhəri İH-da olmaqdan imtina edib.

Aprelin 4-də Mask "Twitter" sosial şəbəkəsinin 9,2 faiz səhmlərini satın alıb. O, şirkətin 2,9 milyard dollar dəyərində 73,5 milyona yaxın səhmlərini əldə edib. Bu xəbərdən sonra birjalarda "Twitter" in səhmləri 25 faiz bahalaşıb.

İlon Mask şirkətin gələcək fəaliyyəti ilə bağlı maraq doğuran sorğular keçirib, təkliflər irəli sürüb.

O, sonuncu dəfə şirkətin San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacağa çevirməklə bağlı sosial şəbəkədə sorğu keçirib.

Səs verən 1,8 milyon istifadəçinin 91%-dən çoxu Maskın ideyasını dəstəkləyib, 8,6%-i isə əleyhinə çıxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun