Cəmiyyət

Laçında mina sahəsi zərərsizləşdirilib

1 dəqiqə
Laçında mina sahəsi zərərsizləşdirilib

Laçın rayonunda Sarıbaba yüksəkliyinin ətəyində mina sahəsi aşkar edilib. Bunu  2020-ci il İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra ermənilər döşəyiblər.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilır ki, mühəndis qoşunlarının bölmələri bu ərazidə 991 minanı zərərsizləşdirib.

Avqustun 15-də gün ərzində minalar çıxarılaraq utilizasiya edilib.

Qeyd edək ki, PMN-E tipli həmin piyada əleyhinə minalar 2021-ci ildə Ermənistanda istehsal olunub.

Turan

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun