Cəmiyyət

Ermənistanın "Mİ-8" hərbi helikopterinin qalıqları aşkar edilib

1 dəqiqə
Ermənistanın "Mİ-8" hərbi helikopterinin qalıqları aşkar edilib

Ötən gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə nazirliyinin məlumatında bildirilir.

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.

Turan

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun