Cəmiyyət

Azərbaycanda "Google Pay" sistemi aktivləşdirilib

1 dəqiqə
Azərbaycanda "Google Pay" sistemi aktivləşdirilib

Bu gündən etibarən Azərbaycanda Google Pay ödəmə sistemi aktivləşib. Google Pay rahat və təhlükəsiz ödəniş həllidir. İstifadəçilərə Android sistemini dəstəkləyən cihazlarla tam təmassız ödəniş aparmaq imkanı yaradır. Müştəri sadəcə mobil telefonunu ödəniş terminalına yaxınlaşdırıb anında ödənişlərini apara bilir. Google-un innovativ texnologiyaları bütün əməliyyatların təhlükəsizliyinə ən yüksək səviyyədə təminat verir.

Google Pay-dən istifadə etmək üçün bank kartını kartını elektron pulqabı olan Google Wallet-ə əlavə etmək lazımdır. Hələlik ölkədə bir neçə bank bu sistemi dəstəkləyir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun