Cəmiyyət

Rövşən Nəcəf SOCAR-ın prezidenti təyin edilib

1 dəqiqə
Rövşən Nəcəf SOCAR-ın prezidenti təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin edilib. 

Bu ilin fevralında vəzifəsindən azad edilən SOCAR-ın prezidenti Rövnəq Abdullayevin səlahiyyətləri Rövşən Nəcəfə həvalə edilmişdi. O, bundan əvvəl İqtisadiyyat nazirinin birinci müavini idi.

Rövşən Nəcəf Azərbaycan İnvestisiya Holdinqinin İdarə heyətinin üzvü, "AzerGold" QSC-də və "Təmiz Şəhər" ASC-də Müşahidə Şurasının sədridir. O, həmçinin İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun