Cəmiyyət

Kəlbəcər istiqamətində atəşkəs yenidən pozulub

1 dəqiqə
Kəlbəcər istiqamətində atəşkəs yenidən pozulub

Azərbaycan-Ermənistan arasında atəşkəs yenidən pozulub. 

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. 

Məlumatda qeyd olunur ki, iyulun 13-ü günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun