İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani iyulun 15-də Azərbaycana səfər edəcək.
Bunu Iranın Tasnim agentliyi bildirib.
Məlumata görə, Əli Şamxaninin prezident İlham Əliyev və Təhlükəsizlik Şurasının sədri Ramil Usubovla görüşləri planlaşdırılır.
Gözlənildiyi kimi, ikitərəfli münasibətlər, o cümlədən regional və beynəlxalq proseslər müzakirə olunacaq.
Əli Şamxani ötən həftə İrəvana səfər edib və deyib ki, İran “regionda geosiyasi dəyişikliklərə aparan istənilən hərəkəti” rədd edir.