Azərbaycan hərbiçisi itkin düşüb. Bu barədə məlumatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yayıb.
Məlumatda qeyd olunur ki, iyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.
Bildirilib ki, hərbi qulluqçunun axtarışı istiqamətində müvafiq tədbirlər görülür, faktla bağlı araşdırma aparılır.
Ancaq bu, İkinci Qarabağ müharibəsindən sonra ilk belə hal deyil. Bundan əvvəl də Azərbaycan Ordusunun hərbiçilərinin itkin düşmə halları olub. Sonuncu belə hal Laçında baş verib. İtkin düşən hərbiçlərin taleyi məlum deyil.