Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə müxalif partiyaların aksiyasından sonra saxlanılıb, inzibati qaydada həbs edilən 9 ərizəçinin şikayəti üzrə yekun qərarını elan edib.
Ərizəçilər Məmməd Balaməmmədov, Nuru Nuruzadə, Elton Əliyev, Toğrul İbrahim, Orxan Carçiyev, Ruslan Qarayev, Ülfət Həsənqarayev, Vüsal Tağızadə və Sahib Rüstəmli olub.
Şikayətlərin hamısı Konvensiyanın 11-ci maddəsinə (toplaşmaq azadlığı) əsasən verilmişdi.
Ərizəçilər onlara qarşı davranışın qeyri-qanuni və qeyri-proporsional olmasından şikayət etmişdilər.
Ərizəçilərin hamısı toplaşmaq hüquqlarına inzibati sanksiya tətbiq olunması ilə yanaşı, ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu mübahisələndirmişdilər.
Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçilərin hər birinə 3000 avro (cəmi 27 min) təzminat ödəməlidir.
Meydan TV