Cəmiyyət

Goranboyda Ağcakənd qəsəbəsindən sel keçib

1 dəqiqə
Goranboyda Ağcakənd qəsəbəsindən sel keçib

İyunun 22-də yağan leysan Goranboy rayonunda güclü selə səbəb olub və yaşayış məntəqələrinə ziyan vurub


Bugün, iyunun 22-də yağan leysan Goranboy rayonunda güclü selə səbəb olub və yaşayış məntəqələrinə ziyan vurub.


Yerli sakinlərin bildirməsinə görə, ən çox ziyan Ağcakənd qəsəbəsinə dəyib. Orada selin bir sıra tikililəri dağıtdığı, yaşayış binalarına ziyan vurduğu bildirilir.


İlkin məlumatlara görə, insanlar xəsarət almayıb, ev heyvanları tələf olub, bir sıra yardımçı tikililər dağılıb. “Yollar yuyulub, elektrik dirəkləri sökülüb”, sakinlər qeyd edib.


Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun