"Gözləyirlər ki, burda kiminsə başına daş düşsün, sonra çıxarsınlar"

7 İyun 2023
Mətni dəyiş

“Gözləyirlər ki, burada kiməsə nəsə olsun, kiminsə başına daş düşsün, ya bina çöksün. Altı otaq necə çökübsə, bir gün bizim də otaq çökəcək”

Sakinlərə göndərilən məktublarda Ramana qəsəbəsi, Murtuza Muxtarov küçəsində yerləşən bu bina "kəskin qəzalı", "yaşayış üçün yararsız" hesab olunur. Amma bir əsrlik yaşı olan binada 20 ilə yaxındır 12 ailə yaşayır.

Onlar hər səhəri qorxu ilə açdıqlarını deyirlər.

“Qəzalı binadır. Baxın, o uçuq olan yerdən torpaq yatıb. O uçsa, aşağıda nə qədər ailə yaşayırıqsa, hamımızı batıracaq” – Ramana sakini deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun