Jurnalist Elnarə Qasımova 28-ci doğum gününü dəmir barmaqlıqlar arxasında qeyd edir

15 Fevral 2024
Mətni dəyiş

“İfadə vermək üçün çağırıldığımı belə düşünmədim. Ancaq bir ehtimal düşündüm ki, bu, olsa-olsa ancaq həbs olacaq”

Bu gün həbs olunacağını bilə-bilə növbəti dəfə dindirilmək üçün Bakı Şəhər Baş Polis İdarəsinə gedən “Abzas Media”nın əməkdaşı Elnarə Qasımovanın doğum günüdür.

Gənc jurnalist 28 yaşını həbsxanada - dəmir barmaqlıqlar arxasında qeyd edir. Elnarə də “Abzas Media”nın həbsdə olan digər əməkdaşları kimi qaçaqmalçılıqda ittiham olunur. O, yanvarın 13-də şahid qismində dindirilmək üçün növbəti dəfə çağırıldığı Bakı Şəhər Baş Polis İdarəsində şübhəli şəxs qismində saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun