Avropa Parlamenti Qarabağa ATƏT sülhməramlılarının gəlməsini istəyir

Avropa Parlamenti Qarabağa ATƏT sülhməramlılarının gəlməsini istəyir
21 Yanvar 2023
Mətni dəyiş

Avropa Parlamenti Azərbaycanın insan haqları müdafiəçiləri və QHT-lərinin "günah keçisi" edilməsini pisləyib

Avropa Parlamenti Rusiya missiyasını Laçın dəhlizində hələ də yolu aça bilməməsinə görə tənqid edib. Onlar Qarabağdakı Rusiya sülhməramlılarını əvəz etmək üçün BMT mandatlı ATƏT missiyasının yaradılmasına çağırış ediblər.

Bölgədəki vəziyyətlə bağlı cümə axşamı qəbul edilən qətnamədə Laçın dəhlizinin bağlanmasına görə Azərbaycanın addımları pislənilib. Parlament bölgədəki humanitar vəziyyəti qiymətləndirmək üçün BMT və ya ATƏT-in faktaraşdırıcı missiyasının Laçın dəhlizinə göndərilməsini tələb edib.

Parlamentarilər Avropa Birliyinə çağırış ediblər ki, “Dağlıq Qarabağ sakinlərinin Bakının addımlarının, Rusiyanın dağıdıcı rolunun və Minsk Qrupunun fəaliyyətsizliyinin əsiri olmaması üçün” prosesdə daha fəal iştirak etsinlər.

AŞ Nazirlər Komitəsinin sədri də çağırış edib

Dağlıq Qarabağa girib-çıxışın yeganə yolu olan Laçın dəhlizi bir aydan çoxdur ki, ekoloji fəal olduqlarını iddia edən azərbaycanlılar tərəfindən bağlanıb. Fəallar Dağlıq Qarabağda qanunsuz mədən fəaliyyətinə etiraz etdiklərini deyirlər.

Avropa Parlamenti Azərbaycanın insan haqları müdafiəçiləri və QHT-lərinin "günah keçisi" edilməsini pisləyib və İttifaqa üzv dövlətləri ölkədəki insan haqları təşkilatlarına dəstək verməyə çağırıb.

Qətnamənin qəbulundan sonra İslandiyanın xarici işlər naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri Thordis Kolbrun Reykfjord Gylfadottir də Laçın dəhlizinin yenidən açılmasına çağırış edib: "Mən Dağlıq Qarabağda yaşayan insanların humanitar vəziyyətinin getdikcə daha təhlükəli vəziyyətə gəlməsindən narahatam" - o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi cavab verib ki, Gylfadottir-in bəyanatı "bölgədəki reallıqları əks etdirmir".

"Görüşdə heç bir irəliləyişin olmayıb"

"Azərbaycanın faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarının, onların Ermənistana qanunsuz daşınmasının qarşısının alınması və yalnız humanitar məqsədlər üçün istifadə edilən Laçın yolundan sui-istifadə hallarının qarşısının alınması tələbi ilə Laçın yolunda keçirilən dinc etiraz aksiyalarına belə münasibət göstərilməsi anlaşılmazdır" - deyə nazirliyin bəyanatında deyilir.

'OC Media'nın məlumatına görə, Laçın dəhlizinin bağlanması Dağlıq Qarabağın erməni əhalisini bir çox zəruri ləvazimat çatışmazlığı ilə üz-üzə qoyub. Həmçinin, blokada başlayandan bəri bölgədə iki dəfə qaz təchizatı kəsilib və elektrik enerjisinin kəsilməsi halları yaşanıb.

Çərşənbə axşamı tanınmamış “Dağlıq Qarabağ" hakimiyyət orqanları Rusiya sülhməramlı missiyasının komandiri Andrey Volkovla birlikdə Azərbaycan hökumətinin nümayəndələri ilə görüşüb. Çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov vəziyyətin tezliklə həll olunacağına "ümid etdiyini" bildirsə də, erməni icması görüşdə "heç bir irəliləyişin olmadığını" bildirib.

Bu yazı OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun