Tibb və Fiziologiya üzrə Nobel Mükafatı istilik və toxunma reseptorlarını kəşf edən iki amerikalı alimə verildi

Tibb və Fiziologiya üzrə Nobel Mükafatı istilik və toxunma reseptorlarını kəşf edən iki amerikalı alimə verildi
4 Oktyabr 2021
Mətni dəyiş
2021-ci il Tibb və Fiziologiya üzrə Nobel Mükafatı amerikalı molekulyar bioloqlar Devid Culius və Ardem Pataputyana verilib. Alimlər istilik və toxunma reseptorlarını kəşf etdikləri üçün bu mükafata layiq görülüblər. Nobel Komitəsi sədri Tomas Perlman Stokholmda verdiyi açıqlamada Culius və Pataputyanın kəşfinin istilik, soyuq və mexanik gücün dünyanı qavramağımızı təmin edən sinir siqnallarını necə hərəkətə keçirdiyini anlamamıza yardımçı olduğunu söyləyib. Devid Culius Kaliforniya Universitetində, Ardem Pataputyanın da Kaliforniyadakı “Scripps” Araşdırma İnstitutunda professordur. 1901-ci ildən bu yana 111 Nobel Tibb Mükafatı verilib. Mükafatı qazananlardan 12-si qadındır Mükafat İlk dəfə alman alim Emil Adolf von Behrinqə verilib. Tibb və Fiziologiya üzrə Nobel Mükafatının sahiblərinə medal, diplom və miqdarı illərə görə dəyişən pul mükafatları verilir. Culius və Pataputyan bu il 1,2 milyon dollar pul mükafatını paylaşacaqlar. Fizika üzrə Nobel Müfakatının sahibi çərşənbə axşamı günü, Kimya üzrə Nobel Mükafatının sahibi çərşənbə, Ədəbiyyat üzrə Nobel Mükafatının sahibi cümə axşamı günü, Nobel Sülh Mükafatının sahibləri də bazar ertəsi açıqlanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun