Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi Əbdülrəzzaq Qurna olub

Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi Əbdülrəzzaq Qurna olub
7 Oktyabr 2021
Mətni dəyiş
Stokholmda 2021-ci il Ədəbiyyat üzrə Nobel mükafatı sahibinin adı açıqlanıb. Mükafat İngiltərədə yaşayan və işləyən tanzaniyalı yazıçı Əbdülrəzzaq Qurnaya təqdim edilib. [embed]https://twitter.com/NobelPrize/status/1446067987417649153?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1446067987417649153%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=[/embed] Mükafat “müstəmləkəçiliyin nəticəsi və qitələr və mədəniyyətlərarası uçurumdakı qaçqınların taleyinə kompromissiz və şəfqətlə yanaşıldığına görə” ifadələri ilə təqdim edilib. Ötən il Nobel Mükafatının laureatı amerikalı şairə Luiza Qlyuk olub. Daha əvvəl fiziologiya və tibb, fizika və kimya üzrə Nobel Mükafatlarının qalibləri bəlli olub. Bu il yalnız sülh müfatının (qalib oktyabrın 8-i Osloda elan ediləcək) və İsveç Dövlət Bankı tərəfindən təsis edilən Alfred Nobel adın iqtisadiyyat müfakatının (11 oktyabr )qaliblərinin adlarını öyrənmək qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun