Seymur Baycanın kitabı üçüncü dəfə nəşr olunub

Seymur Baycanın kitabı üçüncü dəfə nəşr olunub
27 Avqust 2020
Mətni dəyiş

Yazıçı Seymur Baycanın "Quqark" romanı yenidən nəşr olunub. QANUN nəşriyyatında Seymur Baycanın “Quqark” romanının üçüncü nəşri çapdan çıxıb.

Həyati hadisələrlə zəngin olan “Quqark” romanınında əsərin qəhrəmanı müəllifin özüdür. Romanda epizodik hadisələr, obrazlar, həddindən artıq çoxdur və əsərdə konkret süjet xətti yoxdur.

Bir neçə süjet xətti (Sovet İttifaqı dağıldıqdan sonra Qafqazda baş verən ictimai-siyasi hadisələr, müharibə, üçüncü ölkədə yaşayan yazıçının həyatı...) əsərdə bir-birinə qarışır. Ancaq bu dolaşıq hadisələr axınında müəllif vəziyyətdən çıxa bilir.

Obrazların hissləri, hadisələrə yanaşmaları, problemləri əsər boyu çox az gözə çarpsa da, dövrün intellegentindən ən axmaq adamına kimi danışdığı bu əsərdə hər kəs haqda müəyyən təsəvvür yaranır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun